İnquşetiyada 24 Azərbaycan vətəndaşı saxlanılıb

İnquşetiyada 24 Azərbaycan vətəndaşı saxlanılıb
İnquşetiyada qanunsuz əmək fəaliyyətinə görə 24 Azərbaycan vətəndaşı saxlanılıb.

Miq.az-ın məlumatına görə, bunu Report İnquşetiya Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Pozuntular Nazranda aparılan yoxlamalar nəticəsində aşkar edilib.
Qanunu pozanların hamısı polis əməkdaşları tərəfindən saxlanılıb, məlumatlar bazasında yoxlanılıb. Onlar barəsində inzibati protokollar hazırlanıb. Sanksiyalara əsasən, saxlanılanlar sonradan Rusiyadan çıxarılmaqla 5 min rubla qədər cərimələnəcəklər. Tərtib edilən inzibati materiallar müvafiq prosessual qərarın qəbulu üçün Maqasski rayon məhkəməsinə verilib.
Əcnəbiləri qanunsuz şəkildə işə götürən tikinti şirkəti barəsində isə inzibati icraata başlanılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az