"İran Azərbaycanın ərazisinə iddialıdır" - AÇIQLAMA


"İranla Azərbaycan arasındakı gərginlik təsadüfən ortalığa çıxmayıb. Bu, gözlənilən idi".

Miq.Az xəbər verir ki, bunu Milli İstiqlal Partiyasının qurucusu Etibar Məmmədov "Müsavat TV"nin efirində deyib. O, bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən bəri İranın Azərbaycana qarşı münasibəti bəllidir:

"İran Azərbaycan Respublikası adlı dövləti tanımaq istəmir. Azərbaycana Bakı Respublikası, Bakı səfirliyi və s. adlarla deyir. Bunu rəsmi şəxslər bu cür səsləndirirlər və səfriliklərini də bu cür təqdim edirlər. Bu, təsadüfi deyil. İran Azərbaycanın ərazisinə iddialıdır. Bunu həyata keçirmək imkanı olmadığını da başa düşür, amma əlindən gələni edir ki, Azərbaycanı zəiflətsin, özündən asılı vəziyyətə salsın. 40 illik işğal dövründə də İran bundan kifayət qədər faydalanıb. Azərbaycanın işğal olunmuş əraziləri onlar üçün açıq qapı olub. Azərbaycanın çətin vəziyyətindən sui-istifadə edib".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az