İran-İraq sərhədində GÜCLÜ ZƏLZƏLƏ - Azərbaycanda da hiss edildi

İran-İraq sərhədində GÜCLÜ ZƏLZƏLƏ - Azərbaycanda da hiss edildi

İran-İraq sərhəd bölgəsində 7,2 bal gücündə yeraltı təkan baş verib.

Yeraltı təkan Bakı vaxtı ilə 22:28-də İranın Sərpol Zəhab şəhərindən 22 km uzaqda baş verib.

Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Güclü yeraltı təkan  İraq, İran, Türkiyə, BƏƏ və Azərbaycanın cənub bölgələrində də hiss edilib.

Bundan 12 dəqiqə sonra isə 4,6 və 4 bal gücündə daha iki zəlzələ baş verib.

Zəlzələ Azərbaycanda əsasən Lənkəran və Astara rayonları ərazisində, təqribən 4 bal gücündə  hiss olunub.
 
Dağıntı və təlafat barədə məlumat yoxdur. Yeraltı təkanlar təxminən 45 saniyə davam edib.

Dağıntılar barədə məlumat yoxdur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az