İran maşınları İrəvana Azərbaycandan gedir - Bərpa olundu

İran maşınları İrəvana Azərbaycandan gedir - Bərpa olundu

İran yük maşınları müəyyən fasilədən sonra Gorus-Qafan magistral yolu ilə hərəkəti bərpa ediblər.

Miq.Az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, Gorus-Qafan yolunun bir hissəsi Azərbaycanın nəzarətinə keçdikdən sonra bu istiqamətdə hərəkət edən yük maşınlarından yol vergisi və tranzit haqqının alınmasına başlanılıb. Bu ödəniş isə yük maşınının həcminə uyğun olaraq 130-280 dollar olub.

İran yük maşını sürücüləri bu pulu ödəməmək üçün alternativ – Tatev-Ağvan yolundan istifadəyə üstünlük veriblər. Lakin bu yol daha uzaq olduğu üçün vaxt və yanacaq sərfi ilə bərabər, yolun ensizliyi və təhlükəli döngələr qəzaları da qaçılmaz edirdi. Buna görə də İran yük maşınları yenidən Gorus-Qafan yolundan istifadəyə başlayıblar.

Erməni mediası bu səbəbdən Ermənistan hakimiyyətinin alternativ Şinuayr-Tatev-Ağvan-Qafan yolunun genişləndirilməsini sürətləndirdiyini qeyd edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az