İran qırıcı təyyarələrin kütləvi buraxılışına başlayıb

İran qırıcı təyyarələrin kütləvi buraxılışına başlayıb
İran "Kowsar” adlı qırıcı təyyarələrin kütləvi buraxılışına başlayıb.

"Report” "TASS”a istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Əmir Hatəmi bildirib.
"Yaxın zamanda biz bu təyyərədən lazım olan qədər istehsal edib, Hərbi Hava Qüvvələrinə xidmətə verəcəyik”, – deyə nazir vurğulayıb.
Bildirilib ki, "Kowsar” ilk dəfə cari il avqustun 21-də nümayiş etdirilib. O, reaktiv hərbi təyyarələin 4-cü nəslinə aid edilir. Bu, İranın öz istehsalı olan ilk təyyarə sayılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az