“İran raketləri ABŞ gəmilərini məhv edə bilər” – İranlı general

“İran raketləri ABŞ gəmilərini məhv edə bilər” – İranlı general
SEPAH komandiri general Məhəmməd Saleh Cokar Fars körfəzinə yan alan Amerika gəmiləri barədə sərt bəyanatla çıxış edib.

ONA "Reuters”-ə istinadən xəbər verir ki, iranlı general deyib ki, İranın yaxınmənzilli raketləri ABŞ Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki gəmilərini məhv edə bilər.
O, həmçinin ABŞ-ın müharibəyə yönəlik addım atmayacağına əmin olduğunu deyib.
Qeyd edək ki, ABŞ xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatlarda da İrana məxsus raketlərin tam döyüş hazırlığına gətirilməsi bildirilib. Bu barədə ABŞ-ın yerli mətbuatında bir sıra xəbərlər dərc edilib.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az