İran təyyarənin vurulma anını videoya çəkən şəxsi HƏBS ETDİ

İran təyyarənin vurulma anını videoya çəkən şəxsi HƏBS ETDİ

Ukrayna təyyarəsinin vurulma anını lentə alan şəxs həbs edilib.

İslam İnqilabı Keşikçiləri Korpusu Tehranda Ukraynaya məxsus "Boeing” sərnişin təyyarəsinə raket zərbəsi endirildiyi güman edilən anı videoya çəkən şəxsi saxlayıb.

"Fars” agentliyinin məlumatına görə, saxlanılan şəxslə bağlı araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, "Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus "Boeing 737” təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan az sonra vurulub.

Təyyarədəki 176 nəfərin hamısı ölüb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az