İran Türkiyənin təyyarə ittihamına cavab verdi

İran Türkiyənin təyyarə ittihamına cavab verdi

İran Mülki Aviasiya Təşkilatı əvvəlki gün İranda qəzaya düşən Türk təyyarəsi ilə bağlı açıqlama verib.

Ehtimala görə  pilot İranlı rəsmilərdən təcili eniş üçün icazə istəyib. Amma İran buna icazə verməyib. İran rəsmiləri isə bu barədə mətbuatda gedən iddiaları təkzib etdi.
 
 Yazılı açıqlama verən İran Aviasiya Təşkilatı Türk təyyarəsinin düşməzdən əvvəl İrandan təcili eniş istəyinin olmadığını,  sosial şəbəkədə dolaşan iddiaların yalan olduğunu bildirib.
 
Açıqlamada Türk pilotun bölgədəki Hava Dispetçer Mərkəzi ilə təmasa keçərək texniki qəza baş verdiyini və bundan sonra təyyarənin  sürətini itirib radardan itdiyi bildirilib.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az