İrana şok xəbərdarlıq: “Bu müddətdə razılaşmalısan”

İrana şok xəbərdarlıq: “Bu müddətdə razılaşmalısan”

"ABŞ İrana nüvə silahı əldə etməsinə imkan verməyəcək”.

Miq.Az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

Ağ Ev rəsmisi İranın Vyanada davam edən nüvə danışıqlarında öz məqsədlərinə çatmaq üçün müxtəlif bəhanələrlə prosesi uzatdığını bildirib.

Sallivan rəsmi Vaşinqtonun İranın nüvə proqramı ətrafında yaranmış problemlərin diplomatik yolla həllinin tərəfdarı olduğunu söyləyib:

"Bizim siyasətimiz tam şəffaf və bəllidir, İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıyıq. Hesab edirik ki, İranın nüvə proqramı ətrafında yaranmış problemlərin həlli üçün ən yaxşı variant diplomatiya və dialoqdur. Dövlət katibi Entoni Blinkenin də dediyi kimi, nüvə müqaviləsinə qayıtmaq üçün sadəcə bir neçə həftə var. Yəni vaxt daralır, bu müddətdə məsələnin həllinə çalışmalıyıq”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az