İrandan Azərbaycan-Ermənistan sərhədindəki təxribatla bağlı AÇIQLAMA

İrandan Azərbaycan-Ermənistan sərhədindəki təxribatla bağlı AÇIQLAMA

İran Azərbaycan və Ermənistan sərhədində son günlər erməni tərəfinin növbəti təxribatları ilə bağlı narahatlığını ifadə edib.

Miq.Az xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Səid Xətibzadə baş verən təxribatlar fonunda Cənubi Qafqazda ən qısa müddətdə davamlı sülhün əldə edilməsinin vacibliyini vurğulayıb.

O, həmçinin sərhəddə insanların həlak olması ilə bağlı məyus olduğunu deyib və tərəfləri təmkinli olmağa və sərhəd mübahisələrini dinc yolla həll etməyə çağırıb.

S. Xətibzadə İranın davamlı sülhə nail olmaq üçün lazım olan hər bir yardımı təklif etməyə hazır olduğunu sözlərinə əlavə edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az