İrəvan təşvişdədir-Paşinyanın Qarabağa qəfil səfəri

 İrəvan təşvişdədir-Paşinyanın Qarabağa qəfil səfəri

Son günlər qırmızı xətti keçməyi adətə çevirən Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə beynəlxalq hüququ tapdayaraq Azərbaycan sərhədini pozub.

Musavat.com xəbər verir ki, 18 sentyabrda erməni baş nazir işğal olunmuş Azərbaycan ərazilərinə gəlib. N.Paşinyan təmas xəttinin şimal hissəsindəki erməni hərbçilərinə baş çəkib, əsgərlərin xidmət şəraiti və hazırkı situasiya ilə tanış olub.

Məlumata görə, N.Paşinyan Qarabağ separaçılarının başçısı Bako Saakyanla görüşüb. Onu Ermənistanın müdafiə naziri David Tonoyan, Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan, həmçinin separatçıların "rəhbər şəxsləri" müşayiət edib.

N.Paşinyan Feysbuk səhifəsində yazıb ki, ön cəbhədə maraqlı adamlarla görüşüb. "Onlardan biri müqaviləli xidmət edir, 7 uşaq atasıdır. Digər bir zabitin isə 6 uşağı var. Onlar 3 min metr hündürlükdə xidmət keçirlər” - yazan N.Paşinyan iddia edib ki, bu nümunələr "ölkə”nin gələcəyinə inam yaradır.

Baş nazir etiraf edib ki, ön cəbhədə gərginlik hökm sürür, ancaq situasiya ordunun nəzarətindədir. Son günlər savaş ritorikasına üstünlük verən N.Paşinyan bu dəfə sülh nağılı danışıb. "Biz sülhə, danışıqlara hazırıq, ancaq müharibəyə də hazırıq”, - o deyib.

Belə görünür ki, Azərbaycan ordusunun "Qarabağı azad etmək uğrunda” irimiqyaslı hərbi təlimlərə başlaması Ermənistan hakimiyyətini ciddi şəkildə narahat etdiyi üçün onlar tam tərkibdə Qarabağa gəliblər. Bundan bir gün qabaq Ermənsitan XİN başçısı Xankəndinə gəlmişdi.

Azərbaycan Prezidenti isə bu gün bildirib ki, Ermənistan ordusuna ağır zərbə vurulub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az