İrəvanda saxlanılan “Azərbaycan casusları”... – Durum bəlli oldu

İrəvanda saxlanılan “Azərbaycan casusları”... – Durum bəlli oldu

Dünən Ermənistan mətbuatında İrəvanın mərkəzinə iki türkün saxlanılması barədə məlumat yayılmışdı.

Miq.Az xəbər verir ki, Ermənistan Polis İdarəsi açıqlama verərək durumu aydınlaşdırıb.

"Dünən bir vətəndaşdan polisə zəng gəldi ki, İrəvandakı bazarlardan birində üç şübhəli şəxs – "Azərbaycanın casusları” var. Bir neçə dəqiqədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları göstərilən yerə gəliblər. Şəxslər polis idarəsinə aparılıb və İrandan gələn turist olduqları məlum olub. İzahat alındıqdan sonra saxlanılanlar sərbəst buraxılıb”, - açıqlamada qeyd olunub.

Polis vətəndaşları təsdiqlənməmiş məlumatları yaymamağa çağırıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az