İrəvandakı yanğın təxribatdırmı? - Elşad Musayevin ŞƏRHİ

İrəvandakı yanğın təxribatdırmı? - Elşad Musayevin ŞƏRHİ

"İrəvanda baş verən partlayışın təxribat olduğunu deməyə əsas yoxdur. Bəzi mənbələr hadisəni Paşinyanın hakimiyyətdən getməsi üçün təxribat adlandırırlar. Ancaq bu, cəfəngiyyatdırdir”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri, hüquqşünas Elşad Musayev deyib.
O qeyd edib ki, Paşinyan hazırda həm Rusiya, həm də Qərblə siyasi oyun oynayır:





"Ermənistanda iqtidar-müxalifət münasibətləri gərgindir. Belə hadisələr baş verəndə müxalifət bunu Paşinyanın getməsinə hesablanan təxribat kimi qələmə verirlər. Lakin Paşinyan Rusiyadan təhlükəsizlik qarantı alıb. Eyni zamanda Avropa və Amerikadan da yardım almaq istəyir. Avropa İttifaqı Ermənistana 16 milyard avroluq yardım paketi nəzərdə tutub”.


Partiya sədri hesab edir ki, Paşinyanın qalması, yaxud getməsi heç nəyi dəyişmir:


"Paşinyan da daxil olmaqa, heç bir erməni siyasətçisi, dövlət adamı, erməni diasporu Qarabağın Azərbaycanın tərkibində qalmasını istəmir. Kimsə fikirləşir ki, Paşinyan qalsa, Qarabağın bizdə olmasına razı olacaq, bu, yalan söhbətdir. Ermənistan qondarma quruma 390 milyon dollar büdcə vəsaiti verib. Əgər Paşinyan istəmirdisə, niyə bu qədər vəsaiti qondarma quruma ayırırdı?”



E.Musayev ötən gün Ermənistan Müdafiə nazirinin Moskvaya çağırılmasına da diqqət çəkib:


"Ermənistan yenə də Rusiyanın forpostu qismində çıxış edir. Ona görə də bir hadisə olan kimi rəsmilər Moskvaya çağırılır və müəyyən tapşırıqlar verilir. Ermənistanda müəyyən dairələr Rusiya əvəzinə Fransadan sülhməramlıların gəlməsini istəyir. Bir növ şantajla məşğuldurlar. Ermənilər öyrəşib ki, bunların əvəzinə kimsə nəsə eləsin, onlar da bəhrələnsin. Lakin onların rus sülhməramlılarını buradan göndərmək gücləri yoxdur. Ancaq istəyirlər ki, sülhməramlılar onların arzu-niyyətlərini yerinə yetirsinlər. Qarabağda qalacaqları, sülhməramlılarla azərbaycanlıların döyüşəcəyi və ərazilərini genişləndirəcəkləri xəyalı ilə yaşayırlar. Bunların niyyətləri qaradır. Ermənilər millət olaraq qonşularla dinc yaşamağa qadir deyillər. 200 ildir onlar bura gəlib və millətimizin hüzuru pozulub. Ona görə də bizim onlarla birgə yaşayışımız mümkün deyil. Qarabağda kimsə qanunlarımıza tabe olubqalarsa, yaşayacaq. Qalan hissəsi isə çıxıb gedəcək, ya da hüquq-mühafizə orqanlarımız qarşısında cavab verəcəklər”




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az