İrəvandan növbəti həyasızlıq: Madrit prinsipindən imtina...

İrəvandan növbəti həyasızlıq: Madrit prinsipindən imtina...

İrəvan və Xankəndi Qarabağ konfliktinin həlli prosesi ilə bağlı bir neçə mövqe və yanaşmanı müzakirə edir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib. O, Ermənistanın danışıqlar prosesindəki rolundan imtina etmədiyini və Qarabağın təhlükəsizliyinin yeganə qarantı olaraq qalmaqda davam etdiyini bildirib.

Mnatsakanyan həmçinin qondarma rejimin Madrid prinsiplərindən imtinası istəyinin "onların öz mövqeyi” olduğunu deyib.

Qeyd edək ki, bundan öncə qondarma "dqr”in "xarici işlər naziri” Masis Mailyan Madrid prinsiplərinin köhnəldiyini və ondan imtina olunması gərəkdiyini bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az