İşğalçı erməni ordusunda Rusiya vətəndaşları da xidmət edir... - VİDEO

İşğalçı erməni ordusunda Rusiya vətəndaşları da xidmət edir... - VİDEO

Görəsən, Rusiyanın Azərbaycandakı səfiri buna necə izahat verəcək?..

Rusiya vətəndaşı olan David Mkrtçyan Azərbaycanın işğal altındakı torpaqlarına nəzarət edən Ermənistan hərbi birləşmələrinin tərkibində qulluq edir. 

Moderator.az yazır ki, bu haqda işğalçı Ermənistanın nəşrlərindən biri məlumat yayıb. Xidmət yoldaşlarının "Rus” ləqəbi ilə çağırdıqları  David Mkrtçyan işğal altındakı torpaqlarımızın şərq istiqamətindəki təmas xəttində xidmət keçir.  Uzun illər öncə  Davidin ailəsi  Rusiya Federasiyasına  köçüb və RF vətəndaşlığını qəbul ediblər.  
Xəbərdə deyilir ki, David erməni ordusunda xidmət etməyə də bilərdi.   Ancaq 18 yaşı tamam olanda  o, Ermənistana gələrək hərbi komissarlığa ərizə verib və  könüllü şəkildə Qarabağda hərbi xidmətə yollanıb. İlk vaxtlar "Rus” ermənicə danışa bilməyib. Lakin sonradan  yoldaşları onu öyrədib. İndi David artıq Qarabağ dialektində də bir az danışa bilir.

Bir neçə aydan sonra David erməni ordusundan təxris olunaraq Moskvaya, ailəsinin yanına dönəcək. "Mən gəlmişəm ki, öz borcumu verib qayıdım”-deyə Rusiyadan gələrək Qarabağda xidmət edən erməni deyir.

P.S. Görəsən, Rusiyanın Azərbaycandakı səfiri ölkəsinin vətəndaşının Azərbaycan torpaqlarının 20 faizini   işğal altında saxlayan Ermənistan ordusunun tərkibində xidmət etməsinə necə izahat verəcək?..
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az