İşğaldan azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

İşğaldan azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

Azərbaycan Respublikası ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 27 sentyabr -30 noyabr 2020-ci il tarixlərində 2061 siqnal (əməliyyat çağırışı) əsasında 1543 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.

Miq.Az xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov bildirib.

Onun sözlərinə görə, 727 ədəd partlamamış hərbi sursat (PHS), 4330 ədəd piyada əleyhinə mina, 1110 ədəd tank əleyhinə mina, 1743 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1393 ədəd 9N235 bombacıqları, 10730 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 168 qram barıt, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radio pelenqator, 7 ədəd dron (zərərsizləşdirilmiş), 2 ədəd raketin mikrosxemi və 1643 ədəd partlamamış raket hissələri aşkar olunub. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az