İŞİD-in avropalı döyüşçülərinin sayı açıqlandı

İŞİD-in avropalı döyüşçülərinin sayı açıqlandı
Suriya və İraqda təxminən 2,5 min avropalı İŞİD terror qruplaşmasının sıralarında vuruşur.

Publika.az xəbər verir ki, bunu Avropa İttifaqının terrorizmlə mübarizə məsələləri üzrə koordinatoru Jil de Kerşov Almaniyanın "Welt” qəzetinə bildirib.
"Əvvəl İŞİD-in tərkibində İraqda və Suriyada təxminən beş min avropalı vuruşurdu. Onlardan 1,5 mini evə qayıdıb, minə yaxın döyüşçü həlak olub. Suriya və İraqda qalan 2,5 min döyüşçüdən çoxları döyüşdə həlak olacaqlar və ya İŞİD tərəfindən öldürüləcək. Çünki bu təşkilat fərariləri bağışlamır”, - Kerşov deyib.
Onun sözlərinə görə, Avropaya gələcəkdə böyük miqdarda İŞİD döyüşçüsünün qayıdacağını gözləmir: "Mosulun alınmasından sonra Avropaya çox az İŞİD döyüşçüsü qayıtdı. Bizim qorxularımız təsdiqini tapmadı. Düşünmürəm ki, Avropaya gələcəkdə daha çox döyüşçü qayıdacaq”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az