İŞİD-in “İnstagram” səhifəsini idarə etmiş azərbaycanlıya hökm oxunub

İŞİD-in “İnstagram” səhifəsini idarə etmiş azərbaycanlıya hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada İŞİD terror təşkilatının sıralarında döyüşməkdə ittiham edilən Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report”un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, məlumata əsasən, E.Məmmədov İŞİD terror təşkilatının sıralarında uzun müddət döyüşüb, "Abu Cihad” ləqəbli ilə tanınıb.
O, Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib.
Həmçinin məlum olub ki, E.Məmmədov sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan "İnstagram” səhifəsinin sahibi olub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az