İslamidada bilet satışından 3 milyon manata yaxın gəlir əldə edilib

İslamidada bilet satışından 3 milyon manata yaxın gəlir əldə edilib
Futbol yığmasına ümumilikdə 150 min manat mükafat veriləcək

"IV İslam Həmrəyliyi Oyunları zamanı xırda bir problem belə baş verməyib”. 

IstiPress xəbər verir ki,  bunu gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş yekun mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Azərbaycan komandası İslamiadada 75 qızıl medalla birinci yeri tutub: "Oyunlarda iştirak edən ölkələrin 70 faizdən çoxu medal qazanıb. Bu da onu göstərir ki, gərgin mübarizə gedib. Bu gərgin mübarizə nəticəsində Azərbaycan yığması 1-ci yerdə qərarlaşıb.

"IV İslam Həmrəyliyi Oyunlarında 59 ölkədən olan tamaşaçılar 360 min bilet alıb. Təxminən bilet satışından 3 milyon manata yaxın gəlir əldə edilib. Lakin bunlar hələ tam dəqiq rəqəm deyil”.  

Nazir komanda yarışlarında çempion olan futbol yığmasına ümumilikdə 150 min manat mükafat veriləcəyini deyib. A. Rəhimov bildirib ki, Federasiya tərəfindən də futbolçulara mükafatın veriləcəyi gözlənilir.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az