İsmayıllı rayonunda region gəncləri üçün qış düşərgəsi keçirilmişdir

İsmayıllı rayonunda region gəncləri üçün qış düşərgəsi keçirilmişdir

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi tərəfindən həyata keçirilən "Region gəncləri üçün qış düşərgəsi" layihəsi çərçivəsində düşərgə həyata keçirilmişdir.

İsmayıllı Olimpiya İdman Kompleksində baş tutan və maarifləndirmə və ekskursiya proqramı çərçivəsində təşkil edilən "Region gəncləri üçün qış düşərgəsi” nin əsas məqsədi cəbhəyanı bölgələrdə, ucqar məcburi köçkün qəsəbələrində və kəndlərdə yaşayan yeniyetmə və gəncləri əhatə edərək, onların şəxsi inkişafına, sosiallaşmasına stimul verərək, həyata fərqli baxış və liderlik bacarıqlarını inkişaf etdirmək, ictimai fəallığının və təhsilə marağının artmasını təşviq etmək təşkil edir.

08-09-10 fevral 2019- cu il tarixində Füzuli, Beyləqan, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və İsmayıllı rayonundan seçilmiş 21 nəfər iştirakçı müxtəlif maarifləndirici sessiyalarda Azərbaycanı tanı, bölgənin tarix və maddi-mədəniyyət abidələri, fərdi inkişaf, kommunikasiya və ünsiyyət, gənclərin ictimai fəallığının yüksəldilməsi kimi mövzular ətrafında müzakirə aparılmaqla yanaşı, gənclər üçün yaradılan imkanlardan yararlanma (Gənclər Fondu və təklif etdiyi imkanlar, Gənclər Evləri və onların fəaliyyətləri, Gənclər Mərkəzləri, Olimpiya İdman Kompleksləri, gənclərə göstərilən peşə və özünüməşğulluq və digər aktiv əmək bazarı proqramları) haqqında da məlumatlar verilmişdir. 

Layihənin eksperti Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov olmuşdur.
 
Düşərgə zamanı təlim sessiyalarında iştirakla bərabər, İsmayıllı rayonunda Heydər Əliyev muzeyinə, tarix-diyarşünaslıq muzeyinə səfər, intellektual-əyləncəli müsabiqələr, idman yarışlari, İvanovka kəndinə və Şahdag Milli parkının meşə massivinə eko-tur, Olimpiya idman kompleksinin imkanlarından yararlanmaq fürsəti əldə etmiş, həmçinin gənclər maraqlı fikir mübadilələri aparmışlar.

Düşərgədə iştirak edən yerli və məcburi köçkün yeniyetmə və gənclərin həm müxtəlif inkişafetdirici sessiyalarda iştirakı, regionun tarixi abidələri haqqında təqdimatlar və səfərlər vasitəsilə əyani surətdə məlumat əldə etmələri, həm də asudə vaxtlarını faydalı keçirmələrinə səbəb olmuşdur.
 
Düşərgə zamanı regionun tarixi abidələri haqqında müxtəlif maraqlı faktları öyrənən gənc iştirakçılar həm də bu yerlərdə maraqlı foto və video çəkilişlər həyata keçirmiş, öyrəndikləri bir sıra maraqlı faktlardan ibarət təqdimatlar hazırlayaraq düşərgəsinin sonunda və öz yaşadıqları icmalarda gənclərə tədqim edəcək və eyni zamanda kiçik layihə təşəbbüsləridə həyata keçirərək, hesabat təqdim edəcəklər.

Düşərgə iştirakçıları belə maraqlı layihəni dəstəklədiyinə görə Azərbaycan Gənclər Fonduna, uğurlu təşəbbüskarlığa görə isə "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az