İsrail ermənilərin silah arzusunu ürəklərində qoydu

İsrail ermənilərin silah arzusunu ürəklərində qoydu
Knesset rəhbəri ermənilərin Azərbaycana silah satışı barədə sualına cavab verməyib

"İsrail bloger Lapşinin azad edilməsi məqsədi ilə Azərbaycana heç bir təzyiq göstərməyib".  Bu barədə erməni mətbuatına açıqlamasında Knessetin vitse spikeri Tali Ploskov deyib. 
O, Azərbaycan prezidentinin əfv sərəncamından çox məmnun olduğunu da dilə gətirib. "Birmənalı olaraq heç bir təzyiqdən söhbət gedə bilməz". 
Parlament rəsmisi erməni jurnalistin İsrailin ötən ilin aprel ayında cəbhədə baş verənlərdən sonra Azərbaycana silah satışına dair məsələni yenidən nəzərə keçirə bilib-bilməyəcəyi ilə bağlı sualını isə cavabsız qoyub. "Mən burada dövləti təmsil edib. Belə suallara cavab vermək səlahiyyətim yoxdur. Amma əminəm ki, İsrail tərəfi sülh əldə ediməsi üçün hər şeyi edir". 
Sentyabrın 11-də prezident İlham Əliyev həbsdə olan bloger Aleksandr lapşinin əfv edilməsi barədə sərəncam imzalayıb.
Belarusda saxlanılaraq Azərbaycana gətirilən Lapşin Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il müdətinə azadlıqdan məhrum edilmişdi.
A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Miq.az









İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az