İsrail əsgərləri etiraz edən fələstinliləri atəşə tutdu - 1 ölü, 28 yaralı

İsrail əsgərləri etiraz edən fələstinliləri atəşə tutdu - 1 ölü, 28 yaralı

Fələstinlilər ABŞ prezidenti Donald Trampın Qüdsdə səfirlik açmaq qərarına etiraz olaraq Qəzzada aksiya keçirirlər.

Miq.Az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail əsgərləri aksiya iştirakçılarını atəşə tutub. Azı 1 nəfər ölüb, 28 nəfər isə yaralanıb.

Qeyd edək ki, Trampın İsrailin Fələstin torpaqlarında özünə paytaxt elan etdiyi Qüdsdə səfirlik açmaq qərarı bu gün qüvvəyə minəcək. Bir neçə saat sonra səfirliyin açılış mərasimi keçiriləcək. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az