İsrail İranın PUA bazasını bombaladı - Ölənlər var (VİDEO)

İsrail İranın PUA bazasını bombaladı - Ölənlər var (VİDEO)

İsrail hərbi hava qüvvələri çərşənbə günü Palmiranın cənub-şərqində (Dəməşqdən 240 kilometr aralı) T-4 hərbi aerodromuna raket zərbələri endirib.

Miq.Az Birləşmiş Ərəb Əmirliklərinin "Al Hadas" telekanalına istinadən xəbər verir ki, hücum İranın pilotsuz uçuş aparatlarının bazasına edilib.

Nəticədə İranın dəstəklədiyi qruplaşmadan 4 nəfər ölüb, yaralıların olduğu deyilir.

Qeyd edək ki, oktyabrın 8-də İsrail hərbi hava qüvvələrinin T-4 aerodromuna hücumunu dəf edərkən 6 Suriya əsgəri və 12 Şiə milisi yaralanıb.
 


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az