İsrail Suriyaya raketlərlə hücum etdi, İran qarşılıq verdi - Şərqdə gərginlik PİK HƏDDƏ ÇATDI - VİDEO

İsrail Suriyaya raketlərlə hücum etdi, İran qarşılıq verdi - Şərqdə gərginlik PİK HƏDDƏ ÇATDI - VİDEO

İsrail Suriyanın cənubunda yerləşən və işğal altında saxladığı Qolan ərazisindən Bəşər Əsəd rejiminin nəzarətində olan Küneytra bölgəsinə bağlı Baas, həmçinin, Hadar bölgələrinə tank atışları və havadan hücum edib.

Publika.az xəbər verir ki, rejim qüvvələri hücuma raketlərlə qarşılıq verib.

Bundan sonra İsrailin qırıcıları Baas şəhərinin ətrafındakı bölgələrə və Küneytra şəhərinin şimal sərhədindəki Təl Ahmar bölgəsinə axın edib.

Hücumdan sonra İsrailin Qolan bölgəsində müdadfiə siqnalları işə düşüb.

Ordudan verilən yazılı açıqlamada İran İnqilab Keşikçilərinə bağlı Qüds qüvvələrinin Suriyadan Qolan təpələrindəki bazalara doğru 20 raket atdığı bildirilib. Lakin bütün raketlər İsrailin Dəmir Qübbə müdafiə sistemi tərəfindən məhv edilib. Hücum zamanı ölən və yaralanan olmayıb.

Ordudan verilən bilgiyə görə, İsrail hər növ hücum ssenarilərinə hazırlaşmağa davam edir.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az