İsraildə məktəblər bağlanır

İsraildə məktəblər bağlanır

İsrail hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə sentyabrın 17-dən məktəblərdə dərslərin dayandırılmasına qərar verib.

Miq.Az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Benyamin Netanyahunun ofisi məlumat yayıb.

"Telefonla keçirilən səsvermə nəticəsində hökumət Səhiyyə nazirinin və koronavirusla mübarizə üzrə milli koordinator, professor Roni Qamzunun məktəblər, uşaq bağçaları da daxil olmaqla təhsil müəssisələrinin bağlanması ilə bağlı tövsiyəsini təsdiq etdi”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, son sutka ərzində İsraildə 2 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb. Sentyabrın 13-də hökumət ölkədə sentyabrın 18-dən başlayaraq 3 həftə müddətində sərt karantin rejiminin yenidən bərpa olunması haqda qərar qəbul edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az