İstanbulda İlham Əliyevin də qatıldığı toplantı başladı

İstanbulda İlham Əliyevin də qatıldığı toplantı başladı

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda fövqəladə toplantısı keçirilir. İlk olaraq İƏT üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb. 

Nazirlər bu gün təşkilatın Qüds məsələsi ilə bağlı keçiriləcək fövqəladə zirvə toplantısının gündəliyini və sonda qəbul ediləcək yekun qətnaməsini müzakirə edirlər.

Toplantıda iştirak etmək üçün bir neçə ölkənin rəhbəri Türkiyəyə gedib. Onların arasında Azərbaycan prezidenti İlham Əliyev də var. 

Toplantının sonunda Qüds ilə bağlı atılacaq addımları müəyyən etmək üçün "yol xəritəsi" hazırlanması nəzərdə tutulub. 

Qeyd edək ki, İƏT-in zirvə toplantısında ABŞ prezidenti Donlad Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarı və bu qərardan sonra yaranmış vəziyyət müzakirə olunacaq. 

Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsü İsarilin paytaxtı kimi tanıyıb və ölkəsinin səfirliyinin Təl-Əvivdən Qüdsə köçürəcəyi haqqında qərar qəbul edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az