İstilər geri qayıdır - XƏBƏRDARLIQ

İstilər geri  qayıdır - XƏBƏRDARLIQ
Temperatur ötən günlərlə müqayisədə 2-3 dərəcə artacaq

Artıq bir neçə gündür ki, paytaxtda, eləcə də bölgələrdə temperaturun aşağı enməsi, yağıntılı və tutqun hava şəraiti müşahidə olunur. Ölkə ərazisində avqustun 18-i günortadan etibarən havanın mülayimləşəcəyi, yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında mülayim cənub-şərq, bölgələrdə zəif şərq küləyi əsəcək, hava şəraiti sabitləşəcək.
Həftəsonu, eləcə də gələn həftənin ilk iş günlərində hava şəraiti sabit olacaq, əsasən yağmursuz keçəcək, havanın hərarəti ötən günlərlə müqayisədə tədricən 2-3° artacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.
G.Məmmədova, həmçinin bildirib ki, Bakıda və Abşeron yarımadasında havanın hərarəti 32-37°, bölgələrdə 38°, dağlıq ərazilərdə 27-32° isti təşkil edəcək. Bakıda və Abşeron yarımadasında gündüz cənub-şərq küləyi əsəcək, bir qədər rütubətli hava şəraiti müşahidə ediləcək ki, bu da əksər meteohəssas insanlar üçün diskomfort hissi yarada bilər.


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az