İstirahət günləri səyahətə çıxanlar üçün hava PROQNOZU

İstirahət günləri səyahətə çıxanlar üçün hava PROQNOZU
İstirahət günlərinin hava  hava proqnozu açıqlanıb.
 
Bu barədə Miq.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
 
Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, gündüz saatlarında hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz  keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Zəif şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu dağətəyi rayonlarda 8-13, dağlıq rayonlarda 4-9 dərəcə isti təşkil edəcək.
 
Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, noyabrın 17-də bəzi yerlərdə arabir yağış yağacağı, noyabrın 18-də havanın əsasən yağmursuz keçəcəyi, dağlıq ərazilərdə arabir duman olacağı  gözlənilir. Havanın maksimal temperaturu 11-14, dağlıq rayonlarda 8-11 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, noyabrın 17-də çiskin olacağı ehtimalı var. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 12-17 dərəcə isti təşkil edəcək.
 
Naxçıvan Muxtar Respublikasının hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 10-15 dərəcə isti təşkil edəcək.  
Paytaxt qonaqlarının isə nəzərinəçatdırırıq ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 13-16 dərəcə isti təşkil edəcək.
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az