“İstirahət mərkəzlərində tibb məntəqələrinin olması çox vacib məsələlərdən biridir...”

“İstirahət mərkəzlərində tibb məntəqələrinin olması çox vacib məsələlərdən biridir...”
"Həmin tibb məntəqələri istirahət yerlərində olarsa, onlar insanlara tibb yardım etməklə yanaşı, orda olan sanitar vəziyyətə də nəzarət edərlə”


Bunu Moderator.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu istirahət mərkəzlərində tibb məntəqələrinin yaradılmasından danışarkən deyib. Sosioloq bildirib ki, bu insanların təhlükəsizliyi baxımından çox vacib məsələlərdən biridir:

"İstirahət mərkəzlərində tibb məntəqələrinin olması çox vacib məsələlərdən biridir. Bunun olmamasının özü təəccüb doğuran məsələdir. Həmin tibb məntəqələri istirahət yerlərində olarsa, onlar insanlara tibb yardım etməklə yanaşı, orda olan sanitar vəziyyətə də nəzarət edərlər. Çünki istirahər mərkəzlərində sanitar məsələlərlə bağlı tez-tez problemlər olur. Digər tərəfdən də istirahət mərkəzlərində insanlar xəstələnə bilər, təcili tibbi yardıma ehtiyacı ola bilər. Təcili yardım çağırarkən bir çox hallarda yollarda tıxaca düşüb gecikirlər və bu da sonda xəstənin həyatını itirməsi ilə nəticələnir, amma tibb məntəqəsi olarsa, bunun qarşısını alar.  

Adətən çiməriklərdə insanlar istirahət edərkən günvurma, təzyiq, ürək tutması kimi hallar yaşayırlar. Yəni təcili müdaxiləyə ehtiyac olan hallar var. Düşünürəm ki, orda tibb məntəqəsinin yaradılmasında elə böyük xərc də tələb olunmur. Ötən illərlə müqayisədə indi keçici xəstəliklərin sayı da artıb və bu baxımdan bu cür hallar yaşanarsa, vaxtında müdaxilə etmək zəruri olar. On görə də bu məsələyə barmaqarası baxmaq lazım deyil”. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az