İtaliyadan dəhşətli xəbər: bir gündə ölənlərin sayı şok etdi...
İtaliyada koronavirusdan son sutkada ölənlərin sayı 969-a qalxıb.
Axar.az xəbər verir ki, bununla da İtaliyada ümumilikdə bu virusdan ölənlərin sayı 9 min 134 olub.
Ölənlərin arasında 45 həkim də var. İtaliya Həkimlər Assosiasiyası hazırda 6 minə yaxın tibb işçisində virus aşkarlandığını, 45 nəfərin isə həyatını itirdiyini bildirib.
Qeyd edək ki, İtaliyada koronavirusa yoluxma halı 80 mini keçib.