“İtə verilən yeməyi bizə versinlər, biz yeyək də...” – Hafiz Hacıyev

“İtə verilən yeməyi bizə versinlər, biz yeyək də...” – Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ötən gün Binəqədi rayonunun Sulutəpə qəsəbəsində itin 4 yaşlı uşağın üzünü parçalamasından danışıb. 

Hafiz Hacıyev  bildirib ki, insanlar itlərdən dəyərlidir: "Ona görə də istərdim ki, itlərə yox, insanlara daha çox diqqət ayrılsın. İtə verilən yeməyi bizə versinlər, biz yeyək də. Yazıq deyilik? Acından günorta dururuq".

Partiya sədri sahibsiz itlərin fəaliyyətinə əngəllər yaratdığını deyib: "İtlərin əlindən rayonlara rahat gedib-gələ bilmirik, evdən çıxmaq olmur. Rahat yaşamağa imkan vermirlər. Bir şey də edəndə dərhal cərimələyirlər. İtə dəymə, pişiyə dəymə, belə şey olmaz axı! Rayonlarda itlər sürü ilə gəzir. Hər yeri basıb götürüblər. Faydalı olsaydılar, heç bu qədər balalamazlardı".

Hafiz Hacıyev təklif edib ki, sahibsiz itləri xarici ölkələrə də satmaq olar: "Çin və digər bir çox ölkələrdə it əti sevilən qidadır. Onlar xarici ölkələrdən də it əti alırlar. Biz də Çinə it əti sata bilərik"./Demokrat.az/

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az