Kapitulyasiya aktı bizi çörəksiz qoydu - Xaçatryan

Kapitulyasiya aktı bizi çörəksiz qoydu - Xaçatryan

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları Bəyanat - əslində İrəvanın kapitulyasiya müqaviləsi Ermənistanı taxıl bitkiləri ilə bağlı ciddi problem qarşısında qoyacaq.

Miq.Az xəbər verir ki, bunu Ermənistanın keçmiş kənd təsərrüfatı naziri Artur Xaçatryan erməni KİV-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2017-2018-ci illərdə "dqr”də təxminən 135-150 min ton taxıl istehsal olunub ki, bunun da 100 min tondan çoxu Ermənistana idxal edilib:

"Sazişdən sonra başqa ölkələrdən çörək almalı olacağıq. Rusiya belə taxılı bizə dollarla satır. Dolların hazırkı məzənnəsini nəzərə alsaq, təsəvvür edin, bizim nə qədər böyük problemimiz olacaq. Nəticədə taxıl və çörəyin qiyməti kəskin artacaq".

Xaçatryan, həmçinin qeyd edib ki, bir ölkənin Kənd Təsərrüfatı Nazirliyinin olmaması şizofren düşüncəsidir:

"Ermənistandan başqa dünyada elə bir kənd təsərrüfatı ölkəsi yoxdur ki, Kənd Təsərrüfatı Nazirliyi olmasın”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az