Karlova sui-qəsd cinayətində ŞOK FAKTLAR

Karlova sui-qəsd cinayətində ŞOK FAKTLAR
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova "Əl- Qaidə” terror təşkilatının adı ilə sui-qəsd təşkil edən FETÖ üzvü Mövlud Mərd Altındaş cinayətində yeni dəllilər ortaya çıxıb.

Publika.az xəbər verir ki, cinayətkarın Vatsap hesabında "Əl- Qaidə” terror təşkilatının əleyhinə olan mesajları aşkar edilib. Mesajlarda sui-qəsdçinin terror təşkilatının Suriya və İraqda elan etdiyi cihadı tənqid etməsi faktı ortaya çıxıb.
Bununla da, cinayətkarın sui-qəsdi "Əl-Qaidə” terror təşkilatı adından həyata keçirməsi iddiası yalanlanıb.
Bununla yanaşı, M.M. Altındaşın cinayətdən 1 ay öncə sevgilisinə yazdığı "şəhid olmaq istəyirəm” mesajı, bu mesajdan bir müddət sonra bir rus qadınla pul qarşılığında cinsi əlaqədə olması faktı da aşkar edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az