Köçəryandan şok: Seçkidə iştirak edəcəyəm

Köçəryandan şok: Seçkidə iştirak edəcəyəm

Ermənistanın eks-prezidenti Robert Köçəryan növbədənkənar parlament seçkisində iştirak edəcək.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Köçəryan "Sputnik Ermənistan”a müsahibəsində deyib.

"Əgər mən siyasətə qayıtdığımı elan etmişəmsə, o zaman seçkidə də iştirak edəcəyəm. Hələlik seçkidə hansı formatda iştirak edəcəyimi bəyan etmək tezdir.

Əgər biz siyasi dəstəkdən danışırıqsa, o zaman mənim üçün ilk növbədə önəmli olan prezidentlik dönəmimi xatırlayan şəxslər olacaq. Siz bilirsiniz ki, həmin 10 il ərzində ölkənin bütün görünüşü necə dəyişib”, - o bildirib.

Köçəryan müsahibəsi zamanı yenidən müxalifətin lideri olmağa iddialı olduğunu söyləyib. O, gələcəkdə Respublikaçı və Çiçəklənən Ermənistan partiyasının da onu müdafiə edə biləcəyini qeyd edib.

Köçəryan həmçinin, həbsdən çıxdıqdan sonra Serj Sərkisyanla da görüş keçirdiyini, söhbət zamanı siyasi əməkdaşlıq məsələsinin müzakirə edilmədiyini vurğulayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az