Keçmiş başçıya PA-da yüksək vəzifə verildi? – Açıqlama

Keçmiş başçıya PA-da yüksək vəzifə verildi? – Açıqlama

Ötən ilin dekabrında Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Razim Məmmədova yüksək vəzifə verilməsi ilə bağlı məlumat yayılıb.

Miq.Az xəbər verir ki, Demokrat.az-ın yaydığı xəbərə görə, sabiq icra başçısı Prezidentin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub.

Bununla bağlı hələlik heç bir rəsmi məlumat olmasa da, təyinatın dünən olduğu bildirilib.

Mövzu ilə bağlı Prezidentin mətbuat katibi Azər Qasımov Axar.az-a açıqlama verib. A.Qasımov bildirib ki, onda bu təyinatla bağlı heç bir məlumat yoxdur.

Xatırladaq ki, Razim Məmmədov Prezident İlham Əliyevin 13 dekabr 2018-ci il tarixli sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Miq.Az






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az