Keçmiş polis arvadı ilə yazışan qonşusunu döyüb, lüt soyundurdu... - KÜRDƏMİRDƏ DƏHŞƏT

Keçmiş polis arvadı ilə yazışan qonşusunu döyüb, lüt soyundurdu... - KÜRDƏMİRDƏ DƏHŞƏT

Bu gün Kürdəmir rayonunda qətl törədilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, rayon sakini, 1974-cü il təvəllüdlü Mübariz Əhmədov odlu silahla qonşusu Elsevər Məmmədovu güllələyərək öldürüb. Keçmiş polis əməkdaşı olan M.Əhmədov qonşusun evinə gəlib. O, burada Elsevərin onun arvadı ilə münasibətinin olduğunu və buna görə biabır olduğunu deyərək, silahdan atəş açıb.

Qeyd edək ki, keçən il Mübariz Əhmədov Elsevəri arvadı ilə yazışdığı üçün rayonda çöllük əraziyə apararaq, bir qrup şəxslə döyüb və orada Elsevəri lüt soyunduraraq geri qayıdıb. Elsevər Məmmədovun həmin hadisədən şikayətçi olması səbəbindən məhkəmə keçirilib və M.Əhmədov 1 il müddətinə islah işlərinə məhkum edilmişdi.

Qətl hadisəsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az