“Kəlbəcərdə talanla məşğul olan bu “KamAZ” sürücüsü Köçəryana, Sərkisyana da hesab verib...”

“Kəlbəcərdə talanla məşğul olan bu “KamAZ” sürücüsü  Köçəryana, Sərkisyana da hesab verib...”
"Savadsız olsa da,  anadangəlmə tamahkar, vəhşi xislətli bu məxluq general rütbəsinə yüksəlib...”

Erməni dilini mükəmməl bildiyindən Ermənistan və Qarabağdakı erməni sayt və telekanallarını mütəmadi izləyən sabiq deputat Maksim Musayev Moderator.az-a açıqlamasında dünən İrəvan məhkəməsi tərəfindən barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilərək azadlığa buraxılmış terrorçu, qaniçən general Manvel Qriqoryanın keçmişi ilə bağlı maraqlı məqamlara toxunub. 
Azərbaycan torpaqlarının işğalında fəal iştirak etmiş "Yerkrab” könüllülər birliyinin keçmiş sədri olan üzdəniraq erməni general Kəlbəcər rayonunun işğalı zamanı savadsız, oxumaq-yazmaq bilməyən adi bir "KamAZ” sürücüsü kimi işğalçı erməni ordusu tərəfindən yurdlarından qovulmuş Azərbaycan vətəndaşlarının evlərinin, mal-qaralarının və s. talanı ilə məşğul olub. 

"Savadsız, amma anadangəlmə tamahkar, vəhşi xislətli bu adam 1993-cü ilin yaz-yayında yalnız işğal edilmiş Kəlbəcərin talanı ilə, kəlbəcərlilərin var-dövlətinin, xalça, kilim, palaz, mal-qara və s. sərvətlərinin Ermənistana daşınıb satılmasıyla məşğul olub və bu minvalla varlanaraq ermənilərin "Eçmiədzin” adlandırdıqları Üçkilsə  şəhərində özünə böyük mülklər tikdirib. Bu barədə  M.Qriqoryanın həbsindən sonra onun qonşuları da danışıb. Tamahkar, qaniçən erməni general o dərəcədə harınlayıb ki, mülkünə gedən küçəyə şlaqbaum qoyduraraq digər sakinlərin də evlərinə gediş-gəlişinə  mane olub...”-deyə həmsöhbətimiz bildirib. 

Sabiq deputat  M.Qriqoryanın  general rütbəsinə kimi hansı yollarla gəlib çıxmasına da toxunub:
"Kəlbəcərdəki talanlardan əldə etdiyi qazancdan Robert Köçəryan və Serjik Sərkisyana da "hesab” verən adi "KamAZ” sürücüsünə ardıcıl hərbi rütbələr verilib və sonda o, general olub. Onun həm Qarabağda azərbaycanlılara, həm də Ermənistanda öz soydaşlarına qarşı iyrənc, vəhşi əməlləri barədə erməni mediasında kifayət qədər məlumatlar verilib...”

Sultan Laçın   



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az