Kəlbəcərdə təxribat törədən erməni hərbçi yaralanıb

Kəlbəcərdə təxribat törədən erməni hərbçi yaralanıb

Azərbaycanın Ermənistanla dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribat törədən erməni hərbçisi yaralanıb.

Miq.Az "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə iyulun 29-da səhər saatlarında baş verib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub. Azərbaycan Ordusunun gördüyü tədbirlər nəticəsində qarşı tərəf cavab atəşi ilə susdurulub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az