Kəmaləddin Heydərov məxfi sənədlərə çıxış imkanı əldə etdi

Kəmaləddin Heydərov məxfi sənədlərə çıxış imkanı əldə etdi


Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” müvafiq fərmanda dəyişiklik edib.

AzərTAc-a istinadən verilən məlumata görə,  dəyişikliyə əsasən, Fövqəladə Hallar naziri idarələrarası komissiyanın tərkibinə daxil edilib.

Qeyd edək ki, Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az