KƏMALƏDDİN HEYDƏROV PARADDA NİYƏ İŞTİRAK ETMƏYİB? – “Cənab nazir hazırda işdədir…”

KƏMALƏDDİN HEYDƏROV PARADDA NİYƏ İŞTİRAK ETMƏYİB? – “Cənab nazir hazırda işdədir…”

Bəzi KİV-lərdə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun səhhətində ciddi problemlərin yarandığı barədə məlumat yayılıb. Sosial şəbəkələrdə isə bu haqda müzakirələr açılıb.

Həmin məlumatlarda göstərilir ki, Kəmaləddin Heydərov məhz səhhətilə bağlı problemlərə görə 15 sentyabrda Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirak etməyib.

Nazirə yaxınlığı ilə tanınan idmançı, Fövqəladə Hallar Nazirliyinin İdman- sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev Modern.az saytına açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

"Yayılan xəbərlər yalandır. Cənab nazir hazırda işdədir, yəni öz yerindədir. Əgər parada getməyibsə, bu o demək deyil ki, səhhətində nə isə problemlər var. Tutaq ki, mən işlə bağlı harasa göndərilmişəm və həmin parada gedə bilməmişəm. Yəni yayılan xəbərlər sadəcə olaraq şayiədir”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az