"Kənd Təsərrüfatının İnkişafına Dəstək"-Maarifləndirmə tədbiri


Şuranın dəstəyilə Aqrodizayn  "Kənd Təsərrüfatının İnkişafına  Dəstək" İctimai Birliyi ekoloji maarifləndirmə tədbiri təşkil edib.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Aqrodizayn ” Kənd  Təsərrüfatının İnkişafına  Dəstək ” İctimai Birliyinin təşkilatçılığı  ilə ”Ekoloji vəziyyətin qorunmasında yeniyetmə və gənclərin rolunun artırılması layihəsi çərçivəsində "Tullantılarsız çevrəmiz” və "Monitorinq nədir?”mövzusunda tədbir keçirilib.  Layihə rəhbəri Ağayeva Tamilla Əhməd qızı çıxış edərək Məişət tullantılarının zərərli təsiri barədə ətraflı məlumat verib. Bildirib ki, müasir dünyada ətraf mühitin ekoloji çirkənməsi bəşəriyyətin gələcək nəsillərə miras qoyacağı ciddi bir problemdir. Bu problemlər içərisində məişət tullantıları ilə ətraf mühitin çirklənməsi olduqca mühüm yer tutur . Ekoloji problemləri həll etmək üçün insanlar, ekoloji bilikli və ekoloji  mədəniyyətli olmalıdırlar. Bunun üçün isə təhsildə Ekologiya elmini tədris və təşfiq edilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda məktəblərdə şagirdlərin ekologiya elminin öyrənilməsinə, ətraf mühitin qorunması sahəsində maarifləndirilməsinə çox az diqqət yetirilir. Uşaqlar, nəticə etibarı ilə ətraf mühitə, ekoloji problemlərə  biganə olaraq böyüyür, təbiətin mühafizəsi işində  öz məsuliyyətlərini dərk etmirlər.
       
Layihə rəhbəri onu da əlavə edib ki, ekoloji mədəniyyət, ekoloji şüur insanlarda kiçik yaşlarından başlayaraq formalaşdırılmalıdır. Təbiətə qarşı düzgün münasibət, ekoloji özünüdərketmə lap kiçik yaşlarından aşılanmalıdır ki, həmin şəxslərdə  tərbiyyə yolu ilə ekoloji mədəniyyət yaranmış olsun. Ekoloji mədəniyyətli olmaq üçün ekoloji tərbiyənin verilməsi vacibdir. Ekoloji mədəniyyət ümumi mədəniyyətin ayrılmaz hissəsidir. Ekoloji mədəniyyəti olmayan insan, müasir dünyada mədəniyyətli insan hesab edilmir. Azərbaycan höküməti ekoloji sahəyə ciddi diqqət yetirməsinə baxmayaraq, ekologiya elminə təhsil sistemində başqa fənnlərlə yanaşı yer verilmir. Bu isə təhsil sahəsində olan ciddi çatışmamazlıqlardan qaynaqlanır. 

 Sonda onu da qeyd edək ki, layihə Lənkəran şəhərində icra olunub.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az