Kərəm Həsənovun əsas adamı işdən çıxarıldı

Kərəm Həsənovun əsas adamı işdən çıxarıldı

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov vəzifəsindən azad edilib.

VİZUAL.az xəbər verir ki, xidmət rəisi ilə birlikdə onun müavini də tutduğu postdan azad edilib.

Məlumata görə, rəis vəzifəsindən çıxarılan M.İmanov eyni qurumda daha kiçik vəzifəyə keçirilib. O, xidmətdə sektor müdiri təyin edilib.

Qeyd edək ki, M.İmanovun yerinə hələ ki rəsmi təyinat yoxdur.

Gunxeber.com-un məlumatına görə, M.İmanov komitə sədri Kərəm Həsənovun əsas adamlarından sayılırdı. Son vaxtlar onun adı daha çox qanunsuz ğzəlləşdirmələrdə hallanırdı.|Lent.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az