“Kişilik avtoritetlərdə olur” – “Lotu Quli”nin dostu ilə fotosu yayılan əməkdar artist

  “Kişilik avtoritetlərdə olur” – “Lotu Quli”nin dostu ilə fotosu yayılan əməkdar artist
Əməkdar artist Zöhrə Abdullayevanın kriminal aləmdə Elnur Şuşalı kimi tanınan avtoritetlə fotosu yayılıb.

Yenicag.az xəbər verir ki, Elnur Şuşalı "Lotu Quli”yə yaxınlığı ilə seçilən şəxslərdəndir.
Saytımıza açıqlama verən Zöhrə Abdullayeva xəbərdən şoka düşdüyünü bildirdi:
"Nə danışırsan? O Elnur avtoritetdir? Mən nə bilim o kimlərlə dostluq edir. Mən rəfiqəmlə onun oğlunun ad gününə getmişəm. O da şuşalıdır, mən də, rəfiqəm də. Mən yazıq hardan bilim ki, o "Lotu Quli”nin yaxın dostudur. Mən buna inanmıram.
O, taksiylə güclə gəzir, hardan avtoritet oldu? Belə də ki, yaxşı eləyib çəkdirmişəm. Kişilik avtoritetlərdə olur. O, mənim şuşalı balamdır. Onun 37 yaşı var, oğlumdan da kiçikdir. Belə xəbər yaymaq ayıbdır. Elnurun avtoritet olduğunu sizdən eşidirəm. O, İsveçdə yaşayır. İsveçdə lotuluq eləmək olar?”.
Qeyd edək ki, əməkdar artistin avtoritetlə şəklini ilk olaraq Milli.Az saytı yayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az