Koçaryan: “Paşinyanı mənə ilişdiyinə görə peşman edəcəm”

Koçaryan: “Paşinyanı mənə ilişdiyinə görə peşman edəcəm”

Ermənistanın ikinci prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanı hədələyib.


Miq.az modern.az-a istinadən xəbər verir ki, yerli saytlardan birinə müsahibə verən eks-prezident baş naziri öz düşməni adlandırıb.

"Siyasi proseslərdən danışarkən belə terminlərdən isitfadə etməzdim. Amma Paşinyanı mənə ilişdiyinə görə peşman edəcəm. Düşünürəm ki, hakimiyyətin qorxutduğu birinici instansiya məhkəməsinin hakimi mənə o qədər nifrət etmirdi ki, prosesi gecə 01:30-da təyin etsin. Bunun kimə lazım olduğunu bilirəm".

Koçaryan Rusiya prezidenti Putinlə dost olduqlarını və postunu tərk etdikdən sonra keçən 10 il ərzində sıx münasibətlərini qoruyub-saxladıqlarını da vurğulayıb.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az