Koçaryan Qarabağa prezident GƏTİRİLİR?-Daşnaklar niyə təşvişə düşüb?

Koçaryan Qarabağa prezident GƏTİRİLİR?-Daşnaklar niyə təşvişə düşüb?

Yaxud "Müharibə şahinləri" Dağlıq Qarabağa sığınırlar, Şərmazanov həyəcan həyacan təbili çalır

Ordu gününə həsr olunmuş tədbirdə Dağlıq Qarabağ separatçı rejimin "təhlükəsizlik şurasının katibi” V.Balasanyanın çıxışı (o haqda ertəsi gün status bölüşmüşdüm) davamını tapıb.  Balsanyanın istefaya göndəriləcəyi barədə söz-söhbət yayılmağa başlayıb. Buna münasibət bildirən Balasanyan, deyib ki, Ermənistan hakimiyətinin Bako Saakyan qarşısında onun istefa məsələsini qaldırıb-qaldırmayacağını bilmir, "ancaq dəqiq deyə bilərəm ki, "Artsax” iqtidarı xalqın referendumla qəbul etdiyi "Artsax” konstitusiyasının hərfini və ruhunu rəhbər tutur”. 

Aysor.am resursu qeyd edir ki, Balasanyanın istefa səbəbi Dağlıq Qarabağda növbədənkənar prezident seçkiləri də ola bilər və o, Koçaryanın namizədi hesab olunur. Buna Balasanyan bildirib ki, "2020-ci ildə "Artsaxda” parlament və prezident seçkilərində iştirakım haqqında qərar hələ qəbul etməmişəm. Ancaq belə qərara gəlsəm, heç kəsin namizədi olmamışam və olmayacam. Bununla bu mövzuda şayiələri qapadıram”.

V.Balasanyanın əvvəli daşnak olub (indiki mənsubiyəti haqqında dəqiq məlumatım yoxdu). Siyasəsi cəhətdən küt hesab olunsa da, Dağlıq Qarabağ erməniləri və hərbçiləri arasında yüksək nüfuza malikdir. Onun, Yerevanı qıcıqlandıran çıxışı ciddi rezonans doğurub və daxildə baş verən digər siyasi proseslərlə bərabər Dağlıq Qarabağın Paşinyan hakimiyətinə ciddi müxalif mərkəzə çevrilməsini göstərir. 
 
Müstəqil erməni ekspertləri Paşinyanın Qarabağ strategiyasının olmamasını, bu istiqamətdə ziddiyətli bəyanatlar verdiyini söyləyirlər. Siyasi rəqibi Şərmazanov isə, "Paşinyan gələn danışıqlara Bako Saakyanı aparmasa, deməli onun Qarabağ strategiyası fiaskoya uğrayıb yaxud o, əvvəldən yalan danışırdı”, bəyan edərək, Nikolu "çəngələ” salıb. "Azərbaycan müharibəyə hazırlaşarkən, biz R.Koçaryanı həbsdə saxlayırıq”, deyərək, Şərmazanov həyacan təbili çalır.

Yazı hərbi icmalçı, Qarabağ veteranı, ehtiyatda olan zabit Nazim Bayramovun feysbuk səhifəsindən götürülüb. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az