Koçaryan və Sarkisyanın gizli ailə BİZNESİ

Koçaryan və Sarkisyanın gizli ailə BİZNESİ
Ermənistanın keçmiş dövlət başçıları Robert Koçaryan və Serj Sarkisyan çoxmilyonlu sərvətə malikdilər.

Miq.az modern.az-a istinadən xəbər verir ki, zaman-zaman müstəqil jurnalistlər hər iki eks-prezidentə məxsus mülk və sərvətin miqdarını açıqlayırlar.

Qanunsuz əldə olunmuş vəsaitlər hesabına yaradılna ailə biznesini keçmiş prezidentlər öz övlarlarına həvalə ediblər.
Məsələn, ölkənin ikinci prezidenti Robert Koçaryan (1998-2008) biznes aktivlərinin idarə olunmasında oğulları Sedrak (1981), Levon (1985) və qızı Qayaneyə (1983) arxalanır.
Robert Koçaryana və onun övladlarına məxsus olan biznes obyektlər – "Artsaxbank", "Armekimbank", "Yunibank", "ABB Bank", "Renco Construction", Zəngəzur mis-molibden kombinatı", "Konvers-Bank", "Kompleks Kaputan Sevan", "Nairi" Tibb Mərkəzi, Geyim brendləri (Emporio Armani, Stefano Ricci və s.), "BiŞin" tikinti şirkəti, "Dauntaun Yerevan", "H2" telekanalı, "Star" mağazalar şəbəkəsi, "Fleş" şirkəti, yanacaqdoldurma məntəqələri, Dağlıq Qarabağda çaıxr zavodu, "Toyota"nın Ermənistan nümayəndəliyi və s. obyektlər yer alıb.
Bu biznes strukurları Levon Koçaryan, Sedrak Koçaryan v Qayane Koçaryanın əri Viqen Çatinyan tərəfindən idarə olunur.
Digər prezident Serj Sarkisyana gəlincə, onun Anuş və Satenik adlı 2 qız övladının olduğu məlumdur. Robert Koaçryandan fərqli olaraq, Sarkisyanın ailə biznesi barədə ətraflı məlumat yoxdur. Onun qızı Anuş Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyanla evlidir. Cütlüyün 3 övladının olduğu məlumdur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az