Konsulluq şöbəsinin əməkdaşları Fuad Abbasovla görüşüblər

Konsulluq şöbəsinin əməkdaşları Fuad Abbasovla görüşüblər

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin tapşırığı ilə səfirliyin konsulluq şöbəsinin əməkdaşları Fuad Abbasovla görüşüblər.


Bu sözləri Axar.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. O, Rusiyadakı səfirliyimiz tərəfindən səlahiyyətləri çərçivəsində Fuad Abbasovla bağlı bütün lazımi tədbirlərin görüldüyünü bildirib.

Qeyd edək ki, tanınmış jurnalist və bloger Fuad Abbasov mayın 16-da Moskvada saxlanılıb. Jurnalist Moskvanın ermənilərə xidmət edən, rəhbərinin arvadı və qızının əri erməni olanAzərbaycan icmasının bir neçə nümayəndəsinin şikayəti üzrə aparılan məhkəmənin qərarı ilə deportasiya ediləcək.

Belə ki, ermənilərlə birləşən manqurtlar Fuad Abbasovun deportasiya tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Rusiya Federasiyası ərazisinə xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin girişinə qadağa” adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də başa çatıb. Hazırda jurnalistin Azərbaycana deportasiya proseduru aparılır.

F.Abbasov saxlanılarkən fiziki təzyiqə məruz qalıb. Onun 28 mayda Azərbaycana deportasiya olunacağı bildirilir.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az