Krediti götürənə zamin duran qadın həbs olundu - Bakıda

Krediti götürənə zamin duran qadın həbs olundu - Bakıda
"AtaBank” kredit götürən şəxsə zamin duran qadını həbs etdirib.

AzNews.az xəbər verir ki, bu barədə vəkil Əkrəm Həsənov məlumat verib. O, qeyd edib ki, Sabunçu rayon Məhkəməsinin hakimi Süleyman Ağayev borclunun özünün tapa bilmədiyindən şəxsin zamini Lalə Bunyatova Nəriman qızını 10 gün müddətinə inzibati qaydada həbs olunması haqqında qərar qəbul edib:
"Borclunun "Atabank”a 8701 manat borcu olub. Orada göstərilir ki, guya işsiz zamin üzrsüz səbəbdən borcu ödəmir. Halbuki işsiz şəxsin borcu ödəməsi mümkünsüzdür və burada vətəndaşın hər hansı təqsirindən söhbət gedə bilməz”.
Əkrəm Həsənov bildirib ki, həbs edilən Lalə Bünyatova əslində "Azərbaycan Dəmir Yolları” QSC-də işləyir: "Lakin icra məmuru bunu müəyyən etməyib və əmək haqqına tutma yönəltmək əvəzinə xanımın həbsi barədə məhkəməyə təqdimat verib. Qadın borc üzrə haqqında məhkəmə qərarının olmasını yalnız oktyabrın 4-də, həbsindən 13 gün əvvəl bilib. Buna qədər ona heç bir sənəd göndərilməyib”.
Əkrəm Həsənov Lalə Bünyatovanın vəkili olaraq qərar üzrə apellyasiya şikayəti verəcəyini vurğulayıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az