Kürdəmirdə evdə partlayış - Beş nəfər xəsarət aldı + Fotolar

Kürdəmirdə evdə partlayış - Beş nəfər xəsarət aldı + Fotolar

Kürdəmirdə yaşayış evində partlayış baş verib.

Hadisə bu səhər saat 6:00 radələrində rayonun cənub məhəlləsi adlanan ərazisində baş verib.

Belə ki, 31 yaşlı Əsədov Anar Bünyad oğlu səhər oyanıb televizoru yandırarkən  partlayış baş verib. Partlayış qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir. Nəticədə 31 yaşlı Anar Əsədov 34 yaşlı Qəndab Hüseynova 8 yaşlı İlahə Əsədova 4 yaşlı Günay Əsədova və 2 yaşlı Bünyəd Əsədov müxtəlif növ ağır yanıq xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib./"Qafqazinfo”/
 
Xəstələrin vəziyyəti ağır olduğundan onları Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.

Faktla bağlı araşdırma aparılır.

 



Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az