Öküz kimi sağlam gənclər zirzəmilərdə gizlənmişdi – Arşakyan

Öküz kimi sağlam gənclər zirzəmilərdə gizlənmişdi – Arşakyan

Əllərinizdə məşəl tutub gəzirsiz. Müharibə vaxtı harada idiniz? Minlərlə erməni gənci, orta yaşlı kişii dünən küçələrə çıxaraq, əllərində məşəl ilə İrəvan və Xankəndidə yürüş ediblər. Burada ən pisi odur ki, onların demək olar ki, hamısı müharibə vaxtı qorxudan zirzəmələrdə gizlənmişdi.
 
Miq.Az xəbər verir ki, bu fikirlərlə erməni hərbi analitik Tevos Arşakyan yazıb.
 
"Mən uzun müddət müharibəni yaxından izləyən erməni bloger Roman Baqdasaryana inanmırdım. O deyirdi ki, "artsaxlı” kişilər müharibə zamanı qaçıb gizlənməklə məşğul idilər. Onlar hətta yaralıları daşımaq üçün avtomobillərindən istifadə etməyə də icazə vermirdilər. Əsgərlərimiz öküz kimi güclü, sağlam erməni cavanlarını evlərinin zirzəmisindən tapırdılar. Bu, sadəcə biabırçılıqdır. Biz bu məğlubiyyəti haqq etdik. İndi göz yaşı axıtmaq lazım deyil. Mən yüzlərlə müharibə iştirakçısı ilə söhbət etmişəm. İndi başa düşürəm ki, Baqdasaryan düz deyirmiş. İndi bu qorxaqlar revanş deyir. Bu, sadəcə gülməlidir”, - deyə Arşakyan qeyd edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az